Gəncədə oğru özü bu şikayətlə polisə müraciət etdi

gencede-ogru-ozu-bu-sikayetle-polise-muraciet-etdi
Oxunma sayı: 4093

Gəncə şəhərində polisə müraciət edən şəxs oğurluq etdiyini etiraf edərək başqa bir cinayət barədə şikayətçi olub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Zeynalov Elnur Bakıxan oğlu polisə müraciətində bildirib ki, aprelin 12-də şəhərdə yerləşən marketlərdən birindən gizli yolla viski oğurladığı yerdə marketin əməkdaşları onu yaxalayıb.

E.Zeynalovun iddiasına görə, bu zaman tanımadığı bir nəfər onun sol bud nahiyəsindən bıçaqlayıb. 

Faktla bağlı araşdırma aparılır.