Gəncədə oğul atasını qətlə yetirdi

gencede-ogul-atasini-qetle-yetirdi
Oxunma sayı: 2841

Gəncədə oğul atasını qətlə yetirib.

"Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Kəpəz rayonu ərazisində baş verib.

Məlumata görə, 25 yaşlı Yusif Dadaşov sərxoş vəziyyətdə 1967-ci il təvəllüdlü Mübariz Dadaşov bıçaqlayıb. Xəsarət alan şəxs dünyasını dəyişib.

Hadisəni törədən Y.Dadaşov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli