Gəncədə paltar mağazasında yanğın oldu

gencede-paltar-magazasinda-yangin-oldu
Oxunma sayı: 1696

Gəncə şəhərində paltar mağazasında yanğın olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün şəhərin Nizami Gəncəvi prospektində yerləşən mağazalardan birində baş verən yanğın söndürülüb. Nəticədə orada satıcı işləyən qadın tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafidir.

Elmar Əli