“Qafqazinfo” xəbər verir ki, yığıncaqda YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, YAP Mərkəzi Aparatının baş təlimatçısı Rafael Gülməmmədov, Gəncə Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə, universitetin tərbiyə işləri üzrə prorektoru Asif Cavadov, elm və texnika işləri üzrə prorektoru Pərvin Kərimzadə və professor-müəllim heyəti iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə təşkilatın fəaliyyəti barədə hesabat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası Gəncə Dövlət Universiteti ərazi ilk partiya təşkilatı 1994-cü ildə yaradılıb və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ən böyük ərazi ilk partiya təşkilatlarındandır.2001-ci ildən 2011-ci ilədək YAP GDU ərazi ilk partiya təşkilatına Psixologiya kafedrasının dosenti Tahir Ələkbərov sədrlik edib. 2011-ci ilin oktyabr ayından indiyə kimi Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə rəhbərlik edir. Ərazi ilk partiya təşkilatının 867 nəfər professor-müəllim, tədris-köməkçi və texniki işçi, 3727 nəfər isə tələbə üzvü var.
Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təntənəli surətdə təqdim olunub.