Gəncədə partiya təşkilatı təsis olunub

gencede-partiya-teskilati-tesis-olunub-
Oxunma sayı: 1003


“Qafqazinfo” ya daxil olan məlumata görə, yığıncağı giriş sözü ilə şəhər partiya təşkilatının sədri Naqif Həmzəyev açaraq qeyd edib ki, YAP Gəncə şəhər Təşkilatının İdarə Heyəti körpələr evində çalışan YAP üzvü olan tərbiyəçi müəllim və işçilərin müraciətini nəzərə alaraq, burada da ərazi ilk partiya təşkilatı təsis olunacaq. O vurğulayıb ki, partiya və dövlətimiz uşaqların tərbiyəsinə, sağlam böyüməsinə hər zaman böyük önəm verir və fidan balalarımızın millətə, dövlətə, xalqa, Vətənə bağlılığını, milli- mənəvi dəyərlərimizə hörmət bəsləməsini, onların əsil vətənpərvərlər kimi böyüməsini əsas tutur. Yığıncaqda iştirak edən fəallardan Aynur Tağıyeva, Güldanə Məhərrəmova, Vüsalə Avşarova çıxış edərək, müəssisənin müdiri Gülarə Ağayevanın şəhərin ictimai- siyasi həyatında, Yeni Azərbaycan Partiyasının işlərində fəal iştirak etdiyini vurğulayaraq, ərazi ilk partiya təşkilatının sədrliyinə onun namizədliyini irəli sürüblər. Təklif yekdilliklə qəbul olunub və Gülarə Ağayeva 3 saylı körpələr evi- uşaq bağçası ərazi ilk partiya təşkilatının sədri seçilib. Yığıncağın sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri təntənəli surətdə təqdim olunub.