Gəncədə partlayış, xəsarət alanlar var

gencede-partlayis-xesaret-alanlar-var
Oxunma sayı: 2317

Gəncədə partlayış zamanı iki nəfər xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin məcburi köçkünlər üçün salınan şəhərciyində baş verib. Mənzillərin birində vaş verən partlayış nəticəsində 68 yaşlı Məryəm Bayramova və 66 yaşlı Pəri Rzayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi bildirilir.  Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli