Gəncədə partlayış, yaralanan var

gencede-partlayis-yaralanan-var
Oxunma sayı: 2041

Gəncədə yaşayış evində partlayış olub. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhərin I mikrorayon ərazisində bina 1, mənzil 57-də qaz sızmasından yaranan partlayış nəticəsində həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Ələsgərova Sahilə İlqar qızı yanıq xəsarətləri alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın açarı açıq qalan qaz sobasını yandırmaq istəyən zaman partlayış baş verib.

Elmar Əli