Gəncədə piyadanı avtomobil vurdu

gencede-piyadani-avtomobil-vurdu
Oxunma sayı: 1443

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb. Şəhər sakini 1984-cü il təvəllüdlü Elmurad Lətifi yolu keçmək istəyərkən hələlik markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan E. Lətifi Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.