Gəncədə piyadanı maşın vurub öldürdü

gencede-piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 1065

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

"Qafqazinfo"nun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan avtomobil hələ ki, kimliyi məlum olmayan 50-55 yaşlarında kişini vurub. Sürücü xəsarət alan piyadanı xəstəxanaya çatdırıb. Tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ölən piyadanın kimliyi müəyyənləşdirilir.

Elmar Əli