Gəncədə qadın avtobusda öldü

gencede-qadin-avtobusda-oldu
Oxunma sayı: 656

Gəncədə qadın sərnişin avtobusda qəflətən ölüb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumata görə, hadisə bu gün səhər saatlarında Gəncədə şəhər daxilində sərnişin daşıyan 7 saylı avtobusda qeydə alınıb. Şəhər sakini, 1961-ci il təvəllüdlü Hicran Cahangirova avtobusa minəndən sonra özünü pis hiss edərək yıxılıb. Ona dərhal yardım göstərilsə də, öldüyü məlum olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.