Gəncədə avtobusa minən qadın oturmaq istəyərkən yıxılaraq xəsarət alıb.
"Qafqazinfo"nun məlumatına görə, şəhər sakini, 1962-ci il təvəllüdlü İbrahimova Cəvahir Saleh qızı qabırğaların sınığı və müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti kafidir.
Məlumata görə, qadın 6 saylı sərnişindaşıyan avtobusa minən qadın oturacaqda əyləşmək istəyərkən sürücü nəqliyyat vasitəsini hərəkət etdirib və qadın yıxılıb.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər