Gəncədə qadın əri tərəfindən bıçaqlandı

gencede-qadin-eri-terefinden-bicaqlandi
Oxunma sayı: 3021

Gəncədə bıçaqlanma olub.

"Qafqazinfo" nun xəbərinə görə, şəhərin Xalça kombinatı adlanan ərazisində olan yataqxanada yaşayan 56 yaşlı İbrahimova Zərəfşan bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir. İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli