Gəncədə qadın evdən əriylə qalmaq istəmədiyi üçün qaçıbmış

gencede-qadin-evden-eriyle-qalmaq-istemediyi-ucun-qacibmis
Oxunma sayı: 2828

Fevralın 9-da Gəncə şəhərində itkin düşən ana və iki azyaşlı uşağı tapılıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şəhər sakini, 1995-ci il təvəllüdlü İsmayılova Bənövşə Bəxtiyar qızı və onun övladları -  2013-cü il təvəllüdlü Yağmur, 2015-ci təvəllüdlü Nizami fevralın 9-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıblar. 

Gəncə ŞBPİ əməkdaşları tərəfindən aparılan axtarışlar nəticəsində ana və övladları 3 gün sonra şəhər ərazisində tapılıb və ailəsinə təhvil veriliblər. 

Qadın həyat yoldaşı ilə birgə yaşamaq istəmədiyi üçün evdən getdiyini deyib.