Gəncədə qadın kişini bıçaqladı

gencede-qadin-kisini-bicaqladi
Oxunma sayı: 2228

Gəncə şəhərində qadın yanacaqdoldurma məntəqəsində kişini bıçaqlayıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə bu gün səhər 08 radələrində baş verib. Şəhər sakini Günel Məmmədova şəxsi münasibətlər zəminində yanacaqdoldurma məntəqələrindən birində Göygöl rayon sakini Vüsal Əmrahova bir neçə bıçaq xəsarətləri yetirib.

V.Əmrahov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd