Gəncədə qadın övladları ilə birgə itkin düşüb

gencede-qadin-ovladlari-ile-birge-itkin-dusub
Oxunma sayı: 1987

Gəncədə ana və övladlarının itkin düşməsi barədə polisə müraciət daxil olub.

“Qafqazinfo”nun məlumatına görə, 102 xidmətinə müraciət edən E.Qasımov aprelin 9-da həyat yoldaşı, 1993-cü il təvəllüdlü Jalə Qasımova ilə 10 yaşlı qızı və 6 yaşlı oğlunun itkin düşdüyünü bildirib. O qeyd edib ki, ailə üzvləri S.Qazıyev küçəsində birgə yaşadıqları evdən çıxaraq naməlum istiqamətə gediblər və geri qayıtmayıblar.

Müraciətlə bağlı müvafiq axtarış tədbirləri aparılır.

Nizam Rza