Gəncədə qadın özünü bıçaqladı

gencede-qadin-ozunu-bicaqladi
Oxunma sayı: 2564

Gəncə sakini özünü bıçaqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, şəhərin "DOS6" adlanan ərazisində yaşayan 1986-cı il təvəllüdlü İsmayılova Rəqsanə qarının kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Yaxınları qadının özünə bıçaqla xəsarət yetirdiyini deyiblər.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli