“Qafqazinfo”nun məlumatına görə, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, Gəncənin ictimai-siyasi həyatında yaxından iştirak edən fəal qadınlar, gənclər iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, bəşəriyyətin ən istedadlı, zəngin mədəniyyətə malik xalqlarından olan Azərbaycan xalqı şanlı mübarizə yolu keçərək, bu gün dünyada misilsiz nailiyyətləri ilə tanınır, gündən-günə nüfuzu artır.
İcra başçısı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər zaman dövlətçiliyimizin möhkəmlənməsində fəal mövqedə dayanan, yorulmaz mübarizə əzmi göstərən Gəncənin bütün qadınlarını təbrik edib, onlara xoşbəxtlik və səadət, firavan həyat, uzun ömür, can sağlığı arzulayıb.
Toplantıda Şəhər İcra Hakimiyyəti tərəfindən fəal qadınlardan bir qrupuna Fəxri fərmanlar, qiymətli hədiyyələr və təravətli gül-çiçəklər təqdim olunub. Tədbirdən sonra şəhərin mədəniyyət və incəsənət kollektivlərinin iştirakı ilə rəngarəng proqramla konsert olub və qadınların şərəfinə ziyafət verilib.
Son xəbərlər
Son Xəbərlər