Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Abbas Səhhət küçəsində ayrı-ayrı tikililərdə qanunsuz olaraq artırma və ikinci mərtəbənin inşa edilməsi faktları aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət olunub.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.