Gəncədə qayınata və qayınana kürəkəni döyüb

gencede-qayinata-ve-qayinana-kurekeni-doyub
Oxunma sayı: 2413

Gəncə şəhərində döyülmə hadisəsi baş verib.

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Fərmanov Səbuhi Sənani oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

S.Fərmanovun dediyinə görə, o, həyat yoldaşının valideynələri və qaynı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.