Gəncədə kişi bıçaqlanaraq qətlə yetirilib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib. Fuad Abdulhəmidov naməlum şəxs tərəfindən ərazidə bıçaqlanıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimovun naməlum şəxs tərəfindən boğaz nahiyəsinə aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə Gəncə şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb. Hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aftandil Kərimov saxlanılaraq prokurorluğa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Elmar Əli