Gəncədə ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun xəbərinə görə, şəhərin Üzeyir Hacıbəyli küçəsində "VAZ 2115", "Hyundai" və "Mercedes" markalı minik avtomobillərin toqquşması nəticəsində 41 yaşlı Hicran İsayeva ölüb, 48 yaşlı Ceyhun Mirzəyev, 38 yaşlı Zəminə Hüseynova və 27 yaşlı Əruz Əkbərov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər