Gəncədə “Qış Məktəbi”nin açılışı olub

gencede-qis-mektebinin-acilisi-olub
Oxunma sayı: 1743

Gəncə Dövlət Universiteti Gəncə Avropa Gənclər Paytaxtı layihəsinə dəstək məqsədi ilə yeni bir layihənin icrasına başlayıb.

"Qafqazinfo" xəbər verir ki, layihə “Gəncə Avropa Gənclər Paytaxtı 2016 Gəncə Dövlət Universiteti tələbələrinin I könüllülük Qış Məktəbi” adlanır. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsi, şəhər Təhsil İdarəsi və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə "Gəncə Avropa Gənclər Paytaxtı 2016 GDU tələbələrinin I Könüllülük Qış Məktəbi"nin açılış mərasimi keçirilib.

Gəncə Dövlət Universiteti 2013-cü ildə Avropa 2016 Gənclər Paytaxtı layihəsinin qalibi olan Gəncə Avropa Gənclər Paytaxtı layihəsinə dəstək məqsədi ilə bu layihənin icrasına başlayıb. Layihəni keçirməkdə əsas məqsəd gənclərə könüllülük prinsiplərinin aşılanmaq, layiqli vətəndaş olmaq istiqamətində könüllülük anlayışının əhəmiyyəti və “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” proqramı üçün könüllülərin yetişdirilməsinə xidmət etməkdən ibarətdir.

GDU-nu prorektoru Asif Cavadov prezident İlham Əliyevin gənclərə xüsusi qayğı və diqqət göstərməsindən söhbət açıb.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov layihəyə uğurlar arzu edib. Bildirib ki, gənclər öz kariyeraları üçün qarşıdan gələn layihələrdən istifadə edə bilərlər.

Kənan Məmmədov Prezident İlham Əliyevin Gəncə şəhərinə olan xüsusi diqqət və qayğısından danışıb. Bildirib ki, İlham Əliyevin "Gəncə 2016 Avropa Gənclər Paytaxtı" layihəsi üçün 1 milyon manat pul ayırması da bunun bariz nümunəsidir.

Daha sonra çıxış edən GDU TGT sədri Orxan Məmmədov layihə haqqında iştirakçılara ətraflı məlumat verib və onlara uğurlar arzulayıb.

Çıxış edən gənclər prezident İlham Əliyevə və Gənclər şəhər İcra Hakimiyyəti başçısına onlara yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

Bildirək ki, "Qış Məktəbi" 1 mart tarixinədək davam edəcək.