Gəncədə şadlıq sarayındakı yanğında 100 nəfər təxliyə edildi

gencede-sadliq-sarayindaki-yanginda-100-nefer-texliye-edildi
Oxunma sayı: 2124

Gəncə şəhərində ümumi sahəsi 3600 m² (hər mərtəbəsi 1800 m²) olan ikimərtəbəli “İmperial” şadlıq sarayının dam örtüyü 3 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.