Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ilə bağlı Gəncədə keçirilən növbəti görüşdə YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvləri, ziyalılar, partiya fəalları və mədəniyyət işçiləri iştirak ediblər.
YAP Gəncə şəhər Təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlardan, daxili və xarici siyasət nəticəsində ölkəmizdə son illərdə mədəniyyət sahəsində qazanılan uğurlardan bəhs edib. Məhz müasir dövlətimizin bu siyasət nəticəsində inkişaf etdiyini diqqətə çatdıran millət vəkili seçiciləri Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
Xalq artistləri Məmmədəli Balayev, Şahnaz Haşımova, Pərvanə Qurbanova Əməkdar mədəniyyət işçiləri Əli Qasımov, Elmira Əliyeva, Xəzəngül Hüseynova, Bəxtiyar Muradov, fortopiano müəllimi Gülər İsmayılova çıxış edərək, uzaqgörən, müdrik və qədirbilən ölkə vətəndaşları bu seçkilərdə də mühüm, qəti seçimlərini edəcəklərini, yekdilliklə İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Sonda YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin və partiyanın şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağı heç kimdə şübhə doğurmadığını bildirib, hər kəsi yekdilliklə cənab İlham Əliyevə səs verməyə səsləyib.



Son xəbərlər
Son Xəbərlər