Azərbaycan-Ermənistan təmas xəttində baş verən 4 günlük müharibə zamanı vətənə olan sədaqət və sevgisini öz canından üstün tutaraq şəhidlik zirvəsinə ucalan zabit Quliyev İnqilab Çingiz oğlunun ailəsinə mənzil verilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, mənzilin açarını Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhidin oğlu Əyyam Quliyevə təqdim edib.
İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi təqdimetmə mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, İnqilab Quliyevin ailəsinə verilən mənzil yaşayış üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən hər cür diqqət və qayğı göstərildiyini vurğulayan icra başçısı həmçinin şəhidin adına küçənin verildiyini də deyib.
Şəhidin atası Çingiz Quliyev prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya onun ailəsinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib.


Son xəbərlər
Son Xəbərlər