Gəncədə şəhidin medalı ailəsinə təqdim edilib - Fotolar

gencede-sehidin-medali-ailesine-teqdim-edilib
Oxunma sayı: 2061

Azərbaycan-Ermənistan təmas xəttində baş verən 4 günlük müharibə zamanı şəhid olan zabitlərimizdən biri İnqilab Quliyevin təltif edildiyi “İgidliyə görə” medalı Gəncədə yaşayan ailəsinə təqdim olunub. İcra hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, medal şəhidin oğlu Hüseyn Quliyevə təqdim edilib. Medalın təqdimetmə mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani, şəhid ailəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin şəhidi, kapitan İnqilab Çingiz oğlu Quliyevin Azərbaycan ordusunun təmas xəttində göstərdiyi şücaətlərdən danışıb. Bildirib ki, İnqilab Quliyevin də qatıldığı uğurlu əməliyyatlar nəticəsində strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad edilib.

Şəhidin atası Çingiz Quliyev də çıxışında oğlu ilə qürur duyduğunu bildirib.