Gəncədə sərgi

gencede-sergi
Oxunma sayı: 788


“Qafqazinfo”ya daxil olan məlumata görə, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin, ali və orta ixtisas məktəblərinin Tələbə-Gənclər Təşkilatlarının, QHT-lərin və gənclər klublarının ümumilikdə 18 təşkilatın qatıldığı sərgi 2 fevral- Gənclər Gününə həsr edilib. Məqsəd gənclərlə işləyən təşkilatları tanıtmaq, onların ictimai fəaliyyətlərinin artırılmasına yardım etməkdir.

Tədbiri Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov açaraq, 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhərində fəaliyyət göstərən gəncləri əsası Heydər Əliyev tərəfindən qoyulan “Gənclər Günü” münasibəti ilə təbrik edib. Bildirib ki, ölkəmizdə gənclər siyasəti qətiyyətlə, uğurla həyata keçirilir. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakına şərait yaradır. Belə ki, şəhərimizdə ilk dəfə olaraq, bu sərgi təşkil edilir. Sərgi vasitəsi ilə gənclər son ildə gördükləri işlər barədə hesabat verirlər.

Sərgi əyləncəli hissə ilə davam edib.