Gəncədə sərxoş kişi evini yandırdı

gencede-serxos-kisi-evini-yandirdi
Oxunma sayı: 936

Gəncədə yanğın hadisəsi baş verib. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində yaşayış evlərinin birində baş verib.

Yanğını söndürmək üçün əraziyə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 70 kvadratmetr olan  birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və əşyaları yanıb. Alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.

Məlumata görə, yanğını ev sahibi, sərxoş vəziyyətdə olan Şahin Hüseynov törədib.

Elmar Əli