Gəncədə mebel sexində yanğın - Xəsarət alan var+Yenilənib

gencede-mebel-sexinde-yangin
Oxunma sayı: 1770

Gəncə şəhərində yerləşən sexlərdən birində yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Mirzə Şəfi Vazeh 61 ünvanında qeydə alınıb.

Yanğın zamanı 24 yaşlı Sabir Nağıyev xəsarət alıb. Onun bədəninin 50 faizinin yandığı bildirilir.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş aparılır.

***

FHN-in mətbuat xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ü.Hacıbəyli  küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 500kv.m. olan mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 500kv.m. olan mebel sexi ilkin hesablamaya əsasən 100kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yunis Quliyev