Gəncədə şəxsiyyət vəsiqəsi ilə bağlı səyyar xidmət

gencede-sexsiyyet-vesiqesi-ile-bagli-seyyar-xidmet
Oxunma sayı: 1691



"Qafqazinfo"ya İcra Hakimiyyətindən daxil olan məlumata görə, tədbirin əsas məqsədi yerlərdə vətəndaşlara yüksək səviyyədə xidmət göstərərək rahatlığını təmin etmək, şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi prosesini sürətləndirmək olub.

Yeni vəsiqələrin hazırlanması üçün ilk növbədə aztəminatlı,əlil, xəstə və yaşlı vətəndaşların sənədləri qəbul edilib.Gün ərzində 181 sənəd toplanıb. Onların əksəriyyəti ilk dəfə şəxsiyyət vəsiqəsi alanlardır. Səyyar xidmətə müraciət edənlər arasında əlil və xəstə olan 3, yaşayış ünvanını dəyişən 5 vətəndaşın sənədləri əməkdaşlar tərəfindən qəbul edilib. 
      
Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə öz minnətdalıqlarını bildirdilər.