Bakı şəhər sakininin maşınında saxladığı silah aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində Bakı şəhər sakini Qurban Hüseynovun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə baxış zamanı pnevmatik tapança aşkar edilərək götürülüb.
Son xəbərlər
Son Xəbərlər