Gəncədə Soma faciəsi anıldı

gencede-soma-faciesi-anildi
Oxunma sayı: 1145


“Qafqazinfo” ya daxil ola n məlumata görə, Türkiyənin Azərbaycandakı Gəncə Baş Konsuluğunun vitse-konsulu Özkan Özcan bildirib ki, “bir millət, iki dövlət” olan ölkələrimiz belə ağır günlərdə bir-birinin yanındadır. Azərbaycan Prezidenti İlham Əliyevin və rəhbər şəxslərin, ziyalıların  başsağlığı mesajı, eyni zamanda, qardaş xalqın göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir.

Mərasimdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov öz çıxışlarında kömür mədənində baş vermiş partlayışın ağır faciə olduğunu bildirmiş, bu dəhşətli qəza nəticəsində həlak olan vətəndaşlara Allahdan rəhmət diləyiblər.

Anma mərasimində tanınmış ictimai-siyasi xadimlər, Gəncə şəhərində fəaliyyət göstərən türk iş adamları, diplomatik korpusun nümayəndələri iştirak ediblər.