Gəncə çayının məcrasında və yaxınlığında inşa edilən 15 fərdi yaşayış evinə sel suların təkrarən axması nəticəsində həmin evlər qəzalı vəziyyətə düşüb.
“Qafqazinfo” xəbər verir ki, həmin tikililər uzun müddət təmirsiz istismar olunduğundan köhnəlib. Binaların bünövrəsinə dolan suların çökməyə səbəb olması, daxili və xarici divarların aşağı hissələrinin suvaq qatının qopması, döşəmələrin çürüməsi və deformasiyaya uğraması müşahidə olunub.
Bu gün saat 00:30 radələrində Gəncə çayın mənbəyinə yağan güclü yağış nəticəsində Gəncə şəhərində yerləşən V.Xuluflu, Ş.Bahəddin, H.Əliyev küçələrində yerləşən fərdi yaşayış evlərinə sel suları axaraq xeyli ziyan dəyib.
Dərhal Gəncə Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerinə gələrək təcili və təxirəsalınmaz tədbirlər görüblər. Tədbirlər nəticəsində yaşayış evlərinin ətrafı sel sularından təmizlənib.




Son xəbərlər
Son Xəbərlər