Gəncədə süni göl daşdı - Video

gencede-suni-gol-dasdi
Oxunma sayı: 3646

Gəncə şəhərində yerləşən Heydər Əliyev Park Kompleksindəki süni göl daşıb.

“Qafqazinfo” xəbər verir ki, Göygöl rayon Topalhəsənli kəndində baş verən sel kompleksdəki gölün daşmasına səbəb olub.

Hadisə nəticəsində yaxınlıqda olan küçələri su basıb, fərdi yaşayış evlərinə və həyətyanı sahələrə su dolub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb edilib.

Yunis Quliyev