Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Əbülüla Gəncəvi küçəsində qeydə alınıb.
Hərəkətdə olan "UAZ "markalı avtomobil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü 1972-ci il təvəllüdlü Vidadi Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya düşən "UAZ" markalı avtomobil Gəncə şəhər təcili tibbi yardım maşını olub.
Faktla bağlı araşdırma aparılır.
Murad Əhməd

Son xəbərlər
Son Xəbərlər