Gəncədə teraktdan sonra travma alan şagirdlərlə bağlı açıqlama

gencede-teraktdan-sonra-travma-alan-sagirdlerle-bagli-aciqlama
Oxunma sayı: 1314

“Gəncə şəhərində erməni terrorundan ən çox zərər çəkən 29 və 4 saylı məktəblərdir. Bu məktəblərin birində tədris davam etdirilir, digərində isə şagirdlər qonşu məktəbə köçürülüb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev məlumat verib. O bildirib ki, Gəncə terroru nəticəsində 4 nömrəli məktəbin bir korpusu tamamilə sıradan çıxıb: “4 nömrəli məktəbin digər korpuslarında tədris davam edir və bu baxımdan heç bir sıxıntı yoxdur. 29 saylı məktəbə də ciddi ziyan dəyib. Hazırda orada tədrisi davam etdirmək mümkün deyil. Bu məktəbdə təhsil alan 929 şagird həmin məktəbin yaxınlığında yerləşən 18 saylı məktəbdə təhsillərinə davam edəcəklər”.

A. Qədiməliyev həmçinin əlavə edib ki, Gəncədə terror aktından sonra psixoloji travma alan şagirdlərlə psixoloqlar məşğul olurlar: “Gəncədə terror aktından sonra psixoloji travma alan şagirlərimiz müəyyən olundu və psixoloqlar həmin şagirdlərlə işləyirlər. Həmçinin müəyyən dövlət orqanlarından psixoloqlar da dəvət olunub və bu sahədə iş gedir”.

Gülnar Əliyeva