“Qafqazinfo” nun məlumatına görə, idarə rəisi bildirib ki, şəhərdəqəsdən adam öldürmə, quldurluq, insan alveri kimi cinayət hadisələrinin üstünün açılması 100% təmin edilib. 2013-cü ildə cinayət törədərək xaricə qaçan 170 nəfər axtarılıb ki, onların da 127 nəfəri tapılaraq ölkəyə gətirilib.
Hesabat dövründə polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 4 avtomat, 4 tapança, 1 minomyot və xeyli patron aşkar edilərək götürülüb.
Faiq Şabanov vurğulayıb ki, hesabat ilində 88 narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı faktın üstü açılıb. Nəticədə 21 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Son xəbərlər
Son Xəbərlər