Gəncədə üç avtomobil toqquşub

gencede-uc-avtomobil-toqqusub
Oxunma sayı: 1047

Gəncədə zəncirvari qəza baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Hərəkətdə olan “Volkswagen” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirən zaman “Opel”ə çırpılıb. Zərbənin təsirindən “Opel” “Mercedes”ə dəyib. Qəza zamanı xəsarət alan olmasada avtomobillərə ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.