Gəncə şəhərində fərdi yaşayış massivində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində Zemfira Vəliyevaya məxsus evdə qeydə alınıb.
İlkin məlumata görə, hadisə yerinə təxminən altı yanğın söndürən maşın cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
***
Alov qonşuluqda olan daha iki evə keçib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin altı yanğınsöndürən avtomobili və əlliyə yaxın canlı qüvvəsi cəlb olunub.
Edilən müdaxilə nəticəsində alovun qarşısı alınıb.
Hadisənin nədən baş verdiyi araşdırılır.
Yunis Quliyev




Son xəbərlər
Son Xəbərlər