“Qafqazinfo”nun məlumatına görə, tədbir görkəmli bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” üvertürası və C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş bədii kompozisiya ilə başlayıb.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, qonaqlar, ictimaiyyətin nümayəndələri ulu öndərin abidəsi önünə təzə-tər gül-çiçək dəstələri düzüblər.
Son xəbərlər
Son Xəbərlər