Gəncədə Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açılışı oldu

gencede-usaq-gencler-idman-sahmat-mektebinin-acilisi-oldu
Oxunma sayı: 4128

Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müasir şəkildə təhciz edilmiş yeni binanın açılışı olub. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin kollektivi, idmançılar və şəhər ictimaiyyəti iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq bildirb ki, İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi təhsil və idmana göstərilən qayğı da göz önündədir. 2020-ci ilə kimi Nizami yurdunda təmirsiz təhsil müəssəsinin qalmayacağını deyən Elmar Vəliyev qeyd edib ki, bu il ərzində şəhərdə eyni zamanda 4 otel də istifadəyə veriləcək. Bundan başqa Gəncə Dövlət Dram Teatrı və İdman Sarayının tikintisi sürətləndiriləcək.

Açılışın rəmzi olan qırmızı lenti kəsildikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev  və tədbir iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olublar.