Gəncədə usta faciəvi şəkildə öldü

gencede-usta-facievi-sekilde-oldu
Oxunma sayı: 851

Gəncədə çanaq antenası quran usta ikinci mərtəbədən yıxılıb.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Əziz Əliyev küçəsində 4 mərtəbəli binada qeydə alınıb.

İkinci mərtəbədə çanaq antenası quran 1961-ci il təvəllüdlü Nəbi İmanov hündürlükdən yerə yıxılıb. Ağır xəsarət alan usta hadisə yerində ölüb.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.