Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 23 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində, “Nizami Sovxozu” adlanan ərazidə qeydə alınıb. Məlumata görə, “VAZ” markalı avtomobilin idarəetmədən çıxaraq, maneəyə çırpılması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında piyadaların da olduğu bildirilir.
Xəsarət alanlardan 4-ü Abbas Səhhət adına xəstəxanaya, ikisi isə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər