Bakı-Qazax avtomagistralının Goranboy rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, “VAZ 21011” markalı avtomobillə motorellerin toqquşması nəticəsində motosikletdə olan Gəncə sakinləri 25 yaşlı Cəfər Nəcəfov və Natiq Qəribov müxtəlif bədən xəsarətləri alıb. Dərhal Gəncə şəhər TTYX-yə çatdırılan yaralılara ilkin tibbi yardım göstərilib. Zərərçəkənlər xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Son xəbərlər
Son Xəbərlər