Gəncədə yolu keçən qadını avtomobil vurub.
“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Şəddadilər küçəsinin kəsişməsində baş verib. Yolu keçmək istəyən şəhər sakini, Qasımova Xatirə Rza qızı avtomobillə vurulub. Qadın dərhal xəstəxanaya aparılıb.
Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qəzanı törədən sürücü xarici ölkə vətəndaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər