Gəncədə yanğın hadisəsi qeydə alınıb.
"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Kəpəz rayonunda ümumi sahəsi 27 m2 olan bir otaqlı mənzilin mətbəxində məişət avadanlığı və 2 m2 sahədə mətbəx mebeli yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər