Gəncədə yanğın oldu, ev sahibi zəhərləndi - Fotolar+Yenilənib

gencede-yangin-oldu-ev-sahibi-zeherlendi
Oxunma sayı: 1919

Gəncə şəhərində yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində olub.

Mənzillərdən birində qeydə alınan yanğın zamanı 54 yaşlı Famil Cabbarov tüstüdən zəhərlənib. Ona ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, alovun başqa tikililərə keçməsinin qarşısı alınıb.

***

Fövqaladə Hallar Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, hadisə zamanı ev sahibi 1969-cu il təvəllüdlü Cabbarov Famil Məhərrəm oğlunun təzyiqi qalxıb və TTYX tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Yunis Quliyev