Gəncədə yaşayış binasında yanğın - Yaralı var

gencede-yasayis-binasinda-yangin
Oxunma sayı: 1980

Gəncədə yaşayış binasında yanğın olub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Heydər Əliyev prospektindəki binaların birində baş verib.

Dərhal əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Şahin İbrahimov yanıq xəsarəti alıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Elmar Əli