Gəncədə yelləncək qırıldı, uşaq yaralandı

gencede-yellencek-qirildi-usaq-yaralandi
Oxunma sayı: 2497

Gəncədə 12 yaşlı uşaq yelləncəkdən yıxılaraq xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Bayraq Meydanı parkında baş verib.

2010-cu il təvəllüdlü N. Abbasova elektriklə işləyən yelləncəyin qırılması nəticəsində hündürlükdən yıxılıb. Azyaşlı sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda onun səhhətinin normal olduğu bildirilir.

Amin Nəzərli