Gəncədə yol qəzası - 1 yaralı

gencede-yol-qezasi
Oxunma sayı: 878

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

“Mercedes” və “Lada Priora” markalı avtomobillərin toqquşması nəticəsində “LADA”-da olan sərnişin 1988-ci il təvəllüdlü Anar Kazımov üz nahiyəsindən xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.